- Transfer
- 23:26 19.05.2026
"Real Madrid"in hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın “ElNacional”a istinadən məlumatına görə, "Çelsi" fransız futbolçunu transfer etməkdə maraqlıdır. London klubu oyunçunun anası ilə əlaqə saxlayıb və o, həm də onun agentidir. "Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso Mbappe ilə "Stemford Bridc"də yenidən görüşmək üçün çalışır.
İspan məşqçinin "Real Madrid"də olduğu müddətdə fransız futbolçu ilə əla münasibətləri olub.
Kilian Mbappe 2024-cü ildə PSJ-dən "Real Madrid"ə pulsuz transferlə qoşulub.
Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Bu mövsüm hücumçu Madrid klubunun heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.