1 oktyabr 2026. Cümə axşamı

“Barselona” üç futbolçunu satışa çıxarır


  • Transfer
  • 23:26 19.05.2026
  • Oxunma sayı: 185
“Barselona” üç futbolçunu satışa çıxarır

“Barselona” yay transfer pəncərəsi öncəsi bir neçə futbolçusunu müxtəlif klublara təklif edib.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu hücumçu Ferran Torres, yarımmüdafiəçi Mark Kasado və müdafiəçi Ektor Fortu potensial satış siyahısına daxil edib.

Klubun əsas məqsədinin yeni transferlər üçün maliyyə vəsaiti toplamaq olduğu qeyd edilir.

Qeyd edək ki, Ferran Torres cari mövsümdə 48 oyunda 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mark Kasado 33 matçda 1 assist edib. Ektor Fort isə icarə əsasında “Elçe”də çıxış edərək 16 oyunda 3 qol və 2 assistlə fərqlənib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir