- Transfer
- 23:44 19.05.2026
“Bavariya” klubu “Mançester Siti”nin müdafiəçisi Yosko Qvardiolanı heyətinə qatmağı planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Münhen təmsilçisi xorvatiyalı mərkəz müdafiəçisinə ciddi maraq göstərir.
“Bavariya”nın sabiq kapitanı və futbol eksperti Lotar Matteus da xəbəri təsdiqləyərək klubun artıq ilkin rəsmi sorğular göndərdiyini qeyd edib. Münhen klubu futbolçunun daha əvvəl çıxış etdiyi Almaniya Bundesliqasına — “Leyptsiq”ə qayıtma ehtimalını dəyərləndirir.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə “Mançester Siti”nin heyətində 24 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.