- Transfer
- 12:47 04.12.2025
Manchester United-in ispan futbolçusu İspaniya Liqasına qayıda bilər.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, mövsümün sonunda Manchester United-lə müqaviləsi bitəcək olan Ander Herrera keçmiş komandası - Athletic Bilbao-ya qayıda bilər. Verilən məlumata görə, 2011-2014-cü illərdə şərəfini qoruduğu komanda artıq Ander Herrera ilə ilkin danışıqlar aparıb. Futbolçunun özü bu keçidə narazı deyil.
Xatırladaq ki, bir müddət öncə, Manchester United-in çalışdırıcısı Joze Mourinyo bildirmişdi ki, Ander Herreranın klubda qalmasını istəyir.