20 may 2026. Çərşənbə

“Brügge” 30 milyonluq təklifi rədd etdi


  • Transfer
  • 23:44 19.05.2026
  • Oxunma sayı: 27
“Brügge” 30 milyonluq təklifi rədd etdi

Belçikanın “Brügge” klubu hücumçu Nikola Tresoldi üçün 30 milyon avro dəyərində olan təklifi qəbul etməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Deutschland” məlumat yayıb. Bildirilib ki, təklifi göndərən klubun adı açıqlanmasa da, futbolçuya uzun müddətdir “Atletiko” klubunun maraq göstərdiyi məlumdur. “Matrasniklər” Tresoldini yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür.

21 yaşlı hücumçu cari mövsümdə 56 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Brügge” rəhbərliyi isə digər aparıcı futbolçuların mümkün gedişi fonunda Tresoldini ən azı daha bir mövsüm komandada saxlamaq niyyətindədir.







Transfer

Arauxo “İnter”in hədəfində
  • Transfer
  • 22:45 19.05.2026
Arauxo “İnter”in hədəfində