21 may 2026. Cümə axşamı

Kazemiro Messinin komandasına keçir?


  • Transfer
  • 23:12 20.05.2026
  • Oxunma sayı: 36
Kazemiro Messinin komandasına keçir?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro ABŞ-nin “İnter Mayami” klubuna keçməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu ilə klub arasında aparılan danışıqlar yekun mərhələyə çatıb. Kazemironun yeni komandasında Lionel Messi ilə eyni heyətdə çıxış etməyə böyük maraq göstərdiyi bildirilir.

Transferin İngiltərə Premyer Liqasının son turundan sonra azad agent kimi rəsmiləşdirilməsi gözlənilir.

Daha əvvəl futbolçunun mövsümün sonunda müqavilə müddəti başa çatdığı üçün “Mançester Yunayted”dən ayrılacağı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Kazemiro 2022-ci ildə Madrid “Real”ından İngiltərə klubuna transfer olunmuşdu.

Təcrübəli yarımmüdafiəçi cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində 35 oyunda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan başqa, futbolçu 2026-cı il dünya çempionatı üçün Braziliya millisinin heyətinə də çağırılıb.

Transfer bazarı üzrə ixtisaslaşmış portalın məlumatına əsasən, Kazemironun hazırkı bazar dəyəri 8 milyon avro təşkil edir.







Transfer