21 may 2026. Cümə axşamı

“Yuventus” Bremerlə yollarını ayırmağa hazırlaşır


  • Transfer
  • 23:21 20.05.2026
  • Oxunma sayı: 35
“Yuventus” Bremerlə yollarını ayırmağa hazırlaşır

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Qleyson Bremer yay transfer dönəmində komandadan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki,  braziliyalı futbolçu artıq Turin təmsilçisinin toxunulmaz oyunçuları sırasında yer almır. Klub rəhbərliyi yayda müdafiəçinin satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Qleyson Bremer 2022-ci ildə “Torino”dan “Yuventus”a 51 milyon avro qarşılığında transfer olunub. Onun Turin klubu ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinədək qüvvədədir.

Braziliyalı müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 31 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Transfer bazarı üzrə ixtisaslaşmış portal futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.







Transfer