- Transfer
- 23:54 20.05.2026
“Real Madrid”in müdafiəçisi Antonio Rüdigerin gələcəyi ilə bağlı məsələyə hələ də tam aydınlıq gəlməyib.
90deqiqe.Az xəbər verir ki, alman futbolçu Madrid klubu ilə müqavilənin uzadılması barədə hələ razılığa gəlməyib. Bildirilir ki, tərəflər arasında vəziyyət qeyri-müəyyən olaraq qalır və Rüdigerin gələcəyi ilə bağlı görüşlərin gələn həftə keçirilməsi gözlənilir.
Hazırkı müqaviləyə əsasən, müdafiəçinin “Real Madrid”lə anlaşması iyunun sonunadək qüvvədədir.
Bundan əvvəl mətbuatda futbolçunun müqaviləni daha bir mövsüm uzatdığı barədə xəbərlər yayılmışdı. Lakin görünür, bəzi mənbələr bu məsələdə tələsik davranıblar.
Antonio Rüdiger “Real Madrid”in heyətində keçirdiyi 182 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.