- Transfer
- 23:54 20.05.2026
Almaniyanın “Bayer Leverkuzen” klubunun müdafiəçisi Edmond Tapsoba karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, futbolçunun transferində “Çelsi” klubu maraqlıdır. Bildirilir ki, “mavilər”in yeni baş məşqçisi Xabi Alonso müdafiəçini öz komandasında görmək istəyir. Tapsoba daha əvvəl məhz Alonsonun rəhbərliyi altında “Bayer Leverkuzen”də çıxış edib.
Futbolçunun “Çelsi”nin müdafiə xəttində əsas fiqurlardan birinə çevrilə biləcəyi qeyd olunur.
Edmond Tapsoba 2020-ci ildə Portuqaliyanın “Vitoriya Qimaraynş” klubundan “Bayer Leverkuzen”ə 20 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə müdafiəçi “əczaçılar”ın heyətində 44 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.