21 may 2026. Cümə axşamı

Mourinyo Vinisiusla bağlı qərarını açıqladı


  • Transfer
  • 23:34 20.05.2026
  • Oxunma sayı: 24
Mourinyo Vinisiusla bağlı qərarını açıqladı

Təcrübəli çalışdırıcı Joze Mourinyo “Real Madrid”dən hücumçu Vinisius Juniorun gələn yay satılması və ya pulsuz göndərilməsi ilə bağlı qərar vermək niyyətində deyil.

90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis mümkün təyinatı halında braziliyalı futbolçunun komandadan ayrılmasını tələb etməyib. Media məkanında yayılan şayiələrə baxmayaraq, Mourinyo Vinisiusu yüksək qiymətləndirir və onunla işləməkdən məmnun olacağını bildirib.

Hücumçuya yaxın mənbələrə göndərilən daxili mesajlarda da qeyd olunur ki, Mourinyo Vinisiusu çalışdırmaqdan məmnun olardı və komandaya gəlişindən əvvəl də futbolçunu yüksək dəyərləndirir.

Vinisius Junior 2018-ci ildə “Flamenqo”dan “Real Madrid”ə 45 milyon avroya transfer olunub. Onun madrid klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Cari mövsümdə hücumçu bütün turnirlərdə 53 oyuna çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə verib.







Transfer