21 may 2026. Cümə axşamı

Salah yenidən İtaliyaya qayıdır


  • Transfer
  • 23:38 20.05.2026
  • Oxunma sayı: 29
Salah yenidən İtaliyaya qayıdır

Misirli hücumçu Məhəmməd Salah cari mövsümün sonunda “Liverpul”u azad agent kimi tərk edəcək.

90deqiqe.Az-ın “Speedline”yə istinadən məlumatına görə, təcrübəli futbolçunun transfer variantı “Yuventus” klubunun gündəmindədir. Turin təmsilçisi növbəti mövsümün startına qədər hücum xəttini gücləndirməyi planlaşdırır.

İtaliya klubunun baş məşqçisi Luçano Spaletti Salahı hücumun son mərhələsində təcrübə və keyfiyyət qatmaq üçün ən yaxşı seçimlərdən biri kimi görür.

Məhəmməd Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a 42 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Bu mövsüm hücumçu bütün turnirlərdə 40 oyuna çıxaraq 12 qol vurub və 9 məhsuldar ötürmə verib.







Transfer