- Transfer
- 23:54 20.05.2026
Cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq yarımmüdafiəçi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madridin “Atletiko” klubu portuqaliyalı futbolçunun transferi üçün danışıqlara başlayıb. “Matrasniklər” oyunçuya 2028-ci ilin yayına qədər nəzərdə tutulan, daha bir mövsüm uzadılma imkanı olan müqavilə təklif ediblər.
Eyni zamanda “Yuventus” da Bernardo Silvanın transferi uğrunda mübarizəni davam etdirir. Turin təmsilçisi bu həftə futbolçunun agenti Xorxe Mendeşlə birbaşa danışıqlar aparacaq.
Bernardo Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 50 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 52 oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə verib.