- Transfer
- 23:54 20.05.2026
“Vilyarreal”ın müdafiəçisi Alfonso Pedrasa cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumat klubun rəsmi saytı məlumat yayıb.
Pedrasa 2011-ci ildən “Vilyarreal”ın sistemində yer alır və həmin vaxt “sarı sualtı qayıq”ın akademiyasına qoşulub.
30 yaşlı futbolçu klubun əsas komandasında ümumilikdə 234 oyuna çıxaraq 13 qol vurub və 19 məhsuldar ötürmə verib. O, 2021-ci ildə Avropa Liqasının qalibi olub.
“Vilyarreal” İspaniya çempionatında son turdan əvvəl 69 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.