- Transfer
- 23:54 20.05.2026
“Mançester Yunayted” və İngiltərə Premyer Liqasının bir sıra klubları “Hoffenhaym”ın yarımmüdafiəçisi Bazumana Turenin transferi ilə maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sky Sports" məlumat yayıb.
Bildirilir ki, Almaniya klubu futbolçusu ilə bağlı bir neçə rəsmi sorğu aldığını təsdiqləyib. Komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra Turenin yaxın transfer pəncərəsində komandadan ayrılması ehtimalı artır.
Futbolçunun transfer dəyərinin 50 milyon avroya qədər yüksələ biləcəyi qeyd olunur. Bu məbləğdə satış baş tutsa, bu, “Hoffenhaym” tarixinin ən bahalı transferi olacaq.
Bazumana Ture Almaniya Bundesliqasında 30 oyunda 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sürəti və birbaşa oyun üslubu xüsusilə diqqət çəkir və jurnalistlərin qiymətləndirməsinə görə, o, Avropanın “beşlik” liqalarının ən sürətli futbolçuları sırasında yer alır.