- Transfer
- 01:04 21.05.2026
“Bavariya” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün planlar qurur.
90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Almaniya Bundesliqasının nəhəngi müdafiə xəttinə Con Stounsu transfer etməyi nəzərdən keçirir. Futbolçunu yaxın yayda sərbəst agent kimi, yəni ödənişsiz şəkildə heyətə qatmaq mümkün olacaq, çünki onun “Mançester Siti” ilə müqaviləsi iyunun sonuna qədərdir.
Maraqlı məqam ondan ibarətdir ki, Con Stouns əvvəllər “Mançester Siti”də müdafiənin mərkəzində Vensan Kompani ilə birlikdə çıxış edib. İndi isə Stouns məhz Kompaninin rəhbərlik etdiyi “Bavariya”da onun rəhbərliyi altında oynaya bilər.
İngiltərəli müdafiəçi 28 may tarixində 32 yaşına çatacaq. Hadisələrin gedişini izləməkdə davam edəcəyik.