- Transfer
- 22:24 21.05.2026
Portuqaliyanın “Portu” klubu braziliyalı müdafiəçi Tiaqu Silva ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi açıqlamasında bildirilib. “Əjdahalar” 41 yaşlı futbolçu ilə başa çatan müqavilənin uzadılmayacağını rəsmən elan ediblər.
Tiaqu Silva son mövsümdə “Portu”nun heyətində 14 oyuna çıxıb və komanda ilə birlikdə Portuqaliya çempionu adını qazanıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi karyerası ərzində “Milan”, PSJ, “Çelsi” və “Fluminense” kimi klublarda çıxış edib. O, 2005-ci ildə Moskva “Dinamo”sunda olsa da, rəsmi matçlarda meydana çıxmayıb.