- Transfer
- 22:58 21.05.2026
Portuqaliyalı mütəxəssis Marku Silva “Benfika” klubunun baş məşqçisi olacaq.
90deqiqe.Az-ın məlumatına görə, Portuqaliya klubu artıq mütəxəssislə razılıq əldə edib. Onun üçün vətənə qayıdış prioritet hesab olunur. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Silva son beş ildə “Fulhem” klubuna rəhbərlik edir. “Fulhem” hazırkı mövsümdə İngiltərə Premyer Liqasında orta sıralarda qərarlaşıb və 49 xalla 13-cü pillədədir.
48 yaşlı Marku Silva daha əvvəl Portuqaliyada “Eştoril” və “Benfikanın” əsas rəqibi olan Lissabon “Sportinq” klubunu da çalışdırıb.