21 may 2026. Cümə axşamı

“Mançester Yunayted” “Milan”ın ulduzunun transferinə fokuslanıb


  • Transfer
  • 22:40 21.05.2026
  • Oxunma sayı: 40
“Mançester Yunayted” “Milan”ın ulduzunun transferinə fokuslanıb

“Mançester Yunayted” heyətini gücləndirmək variantlarını nəzərdən keçirir.

90deqiqe.Az-ın “Milan Vibes”ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Milan”ın hücumçusu Rafael Leaoya ciddi maraq göstərir. İngiltərə nəhəngi artıq portuqaliyalı hücumçunun agenti ilə danışıqlara başlayıb.

Futbolçunun “Milan”la mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir. 

26 yaşlı Rafael Leao 2025/2026 mövsümündə 30 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mütəxəssislər onu 65 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, “Mançester Yunayted” növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış edəcək.







Transfer