21 may 2026. Cümə axşamı

“Liverpul” Arne Slota əvəzləyici tapıb


  • Transfer
  • 22:51 21.05.2026
  • Oxunma sayı: 35
“Liverpul” Arne Slota əvəzləyici tapıb

“Liverpul” klubu Arne Slotla əməkdaşlığı dayandırmaq ehtimalını istisna etmir.

90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, Mersisayd klubunun idman direktoru Riçard Hyuz “Bornmut”un baş məşqçisi Andoni İraolanın namizədliyini nəzərdən keçirir. 

İspan mütəxəssis klubda uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi altında “Bornmut” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb və Premyer Liqanın son turuna qədər Çempionlar Liqasına düşmək şansını qoruyub.

Xatırladaq ki, məhz Hyuz vaxtilə İraolanı “Bornmut”a gətirmişdi. Qeyd edək ki, İraola mövsümün sonunda “Bornmut”u tərk edəcək.

“Liverpul” rəhbərliyini İraolanın müasir futbol fəlsəfəsi və taktiki çevikliyi xüsusilə cəlb edir. Hazırda klub İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.







Transfer