21 may 2026. Cümə axşamı

“Mançester Yunayted” Ederson transferi üçün hərəkətə keçib


  • Transfer
  • 22:58 21.05.2026
  • Oxunma sayı: 31
“Mançester Yunayted” Ederson transferi üçün hərəkətə keçib

“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersona marağını davam etdirir. 

90deqiqe.Az xəbər verir ki, tərəflər yaxın günlərdə mümkün transferlə bağlı yeni danışıqlar aparacaq. Braziliyalı futbolçu İngiltərə klubunun yarımmüdafiə xəttini gücləndirmək üçün nəzərdən keçirilən namizədlər siyahısındadır, lakin “Mançester Yunayted” üçün yeganə variant deyil.

Qeyd olunur ki, Ederson özü də mümkün transferə müsbət yanaşır. “Atalanta” isə futbolçu üçün təxminən 45 milyon avro tələb edir.

26 yaşlı yarımmüdafiəçi cari mövsümdə İtaliya A Seriyasında 30 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir, bazar dəyəri isə 40 milyon avro civarında qiymətləndirilir.







Transfer