1 oktyabr 2026. Cümə axşamı

“Mançester Yunayted” "Siti"nin yetirməsini transfer etmək istəyir


  • Transfer
  • 23:23 21.05.2026
  • Oxunma sayı: 162
“Mançester Yunayted” "Siti"nin yetirməsini transfer etmək istəyir

“Sauthempton” klubu rəqib komandanın məşq prosesini izlədiyi üçün Çempionşip pley-offundan kənarlaşdırılıb.

90deqiqe.Az “Mirror”a istinadən xəbər verir ki, bu vəziyyətdən “Mançester Yunayted” klubu yararlana bilər.

Bildirilir ki, “qırmızı şeytanlar” sözügedən komandanın yarımmüdafiəçisi Şi Çarlza maraq göstərir və “Sauthempton” ətrafında baş verənləri diqqətlə izləyir.

22 yaşlı futbolçu “Mançester Siti”nin yetirməsidir. O, 2023-cü ildə “Sauthempton”a transfer olunub. Cari mövsümdə dayaq yarımmüdafiəçisi bütün turnirlərdə 38 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir