22 may 2026. Cümə

“Zenit” “Trabzonspor”un hücumçusu 15 milyon avro təklif etməyə hazırdır


  • Transfer
  • 23:54 21.05.2026
  • Oxunma sayı: 44
“Zenit” “Trabzonspor”un hücumçusu 15 milyon avro təklif etməyə hazırdır

“Trabzonspor”un hücumçusu Felipe Auqusto karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az “Sporx”a istinadən xəbər verir ki, “Zenit” klubu 22 yaşlı futbolçunun xidmətində israrlıdır. Sankt-Peterburq təmsilçisi futbolçunun transferi üçün 15 milyon avro dəyərində təklif irəli sürməyə hazırdır. Lakin Türkiyə klubu futbolçu üçün 25 milyon avro tələb edir. 

Mənbənin bildirdiyinə görə, ötən qış “mavi-ağ-göylər” braziliyalı futbolçu üçün 10 milyon avro təklif etsə də, rədd cavabı alıblar. Auqustota maraq göstərən klublar arasında “Benfika” da yer alır.

Futbolçu 2025-ci ilin yayından “Trabzonspor”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 39 oyuna çıxaraq 15 qol vurub.

Onun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 15 milyon avro civarında qiymətləndirilir.







Transfer