22 may 2026. Cümə

Yan Oblak “Atletiko”u “İnter”ə dəyişə bilər


  • Transfer
  • 22:38 22.05.2026
  • Oxunma sayı: 30
Yan Oblak “Atletiko”u “İnter”ə dəyişə bilər

“Atletiko” klubunun qapıçısı Yan Oblak karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı futbolçunun xidmətində “İnter” klubu maraqlıdır.

 “Neradzurri” sloveniya millisinin qapıçısını qapı xəttinin gücləndirilməsi üçün əsas transfer hədəfi kimi müəyyən edib və artıq oyunçunun agenti ilə danışıqlara başlayıb.

 İtaliya çempionu Yan Zommerə əvəz axtarır, onun müqaviləsi iyun ayının sonunda başa çatır.

“Transfermarkt”ın qiymətləndirməsinə əsasən, Yan Oblakın bazar dəyəri 17 milyon avro təşkil edir. Onun “Atletiko” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, son illərdə qapıçının adı tez-tez İngiltərə Premyer Liqasının aparıcı klubları ilə də hallanıb.







Transfer