14 iyul 2026. Çərşənbə axşamı

Andres İnyesta məşqçilik karyerasına başlayır


  • Transfer
  • 22:49 22.05.2026
  • Oxunma sayı: 105
Andres İnyesta məşqçilik karyerasına başlayır

İspaniyanın tanınmış keçmiş futbolçusu Andres İnyesta məşqçilik karyerasına başlayır. 

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O “Barselona”nın sabiq yarımmüdafiəçisi Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən “Qalf Yunayted” klubunun baş məşqçisi təyin olunacağını və artıq Dubay təmsilçisi ilə müqavilə imzaladıqlarını qeyd edib.

İnyesta 2024-cü ildə futbolçu karyerasını başa vurub. O, “Barselona” akademiyasında 22 il keçirib, bunun 18 ilini əsas komandada çıxış edərək “blauqrana”nın aparıcı fiqurlarından biri olub.

2018-ci ildə Yaponiyanın “Vissel Kobe” klubuna transfer olunan futbolçu daha sonra BƏƏ-nin “Emireyts” klubunda da oynayıb.

İspaniya futbolunun əfsanələrindən olan İnyesta 11 mayda 42 yaşını qeyd edib.







Transfer