- Transfer
- 23:03 22.05.2026
“Milan”ın sabiq müdafiəçisi Tyaqu Silva 14 il sonra İtaliya klubuna qayıda bilər.
90deqiqe.Az-ın “ ESPN Brazil”ə istinadən məlumatına görə, “rossoneri” braziliyalı futbolçuya bir illik müqavilə təklif edib.
Xatırladaq ki, daha əvvəl “Portu” təcrübəli müdafiəçi ilə müqaviləni uzatmayacağını açıqlamışdı və bu səbəbdən futbolçu 30 iyundan etibarən azad agent olacaq.
Tyago Silva 2009–2012-ci illərdə “Milan”ın heyətində çıxış edib, daha sonra 42 milyon avro qarşılığında PSJ-yə transfer olunub. O, karyerası ərzində “Çelsi”, “Fluminense” və “Portu” klublarında da oynayıb.
Braziliyalı müdafiəçi ötən mövsüm “Portu”nun heyətində 14 oyuna çıxıb, onlardan 12-də start heyətində yer alıb.
Eyni zamanda bildirilir ki, Silva karyerasını başa vuraraq “Çelsi” akademiyasında məşqçilik fəaliyyətinə başlama variantını da nəzərdən keçirir.