1 oktyabr 2026. Cümə axşamı

Salahın “Qalatasaray”a keçidi gündəmdədir


  • Transfer
  • 22:07 23.05.2026
  • Oxunma sayı: 136
Salahın “Qalatasaray”a keçidi gündəmdədir

“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Speedline” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, misirli futbolçunun yay transfer pəncərəsində “Qalatasaray”a keçidi ilə Türkiyə klubu ciddi maraqlanır. İstanbul təmsilçisi gələn mövsüm üçün heyətini gücləndirmək məqsədilə iddialı transfer planı çərçivəsində bu variantı araşdırır.

Məhəmməd Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a 42 milyon avro qarşılığında transfer olunub. Cari mövsümdə o, “qırmızılar”ın heyətində bütün turnirlərdə 40 oyuna çıxaraq 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mövsümün sonunda Salah azad agent statusu qazanacaq.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir