23 may 2026. Şənbə

Ceyms Qarnerin “Mançester Yunayted”ə qayıdışı gündəmdədir


  • Transfer
  • 22:27 23.05.2026
  • Oxunma sayı: 31
Ceyms Qarnerin “Mançester Yunayted”ə qayıdışı gündəmdədir

“Everton”un yarımmüdafiəçisi Ceyms Qarner yenidən “Mançester Yunayted”ə qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunu bu yay transfer etməyə hazırdır. Mançester klubu yarımmüdafiəçi üçün 30 milyon avro ödəməyə hazırdır.

Ceyms Qarner “Mançester Yunayted”in yetirməsidir. O, 2022-ci ilə qədər “qırmızı şeytanlar”ın heyətində çıxış edib, daha sonra 10 milyon avro qarşılığında “Everton”a transfer olunub.

Onun “irisklər”lə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 40 oyuna çıxaraq 3 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer