23 may 2026. Şənbə

Stankoviç Premyer Liqa klublarına transferi rədd edib


  • Transfer
  • 23:10 23.05.2026
  • Oxunma sayı: 23
Stankoviç Premyer Liqa klublarına transferi rədd edib

“Brügge”nin yarımmüdafiəçisi Aleksandar Stankoviç İngiltərə Premyer Liqası klublarına keçidlə maraqlanmır.

90deqiqe.Az xəbər verir ki, buna baxmayaraq, onun xidmətində “Brentford” və “Nyukasl” klublarının maraqlı olduğu bildirilir.

 20 yaşlı futbolçu hazırkı mərhələdə karyerasını başqa variantlarla davam etdirməyi nəzərdən keçirmir.

Serbiyalı dayaq yarımmüdafiəçisinin “Brügge” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir, futbolçunun dəyəri isə 25 milyon avro olaraq qiymətləndirilir.

Stankoviç ümumilikdə Belçika klubunun heyətində 54 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Serbiya millisində 6 oyunu var.







Transfer