- Transfer
- 23:41 23.05.2026
Portuqaliyanın “Benfika” klubunu tərk edən argentinalı müdafiəçi Nikolas Otamendi karyerasını vətənində davam etdirməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki,o, Argentina çempionatında “River Pleyt”in heyətində çıxış edəcək.
2022-ci ildə Argentina millisinin tərkibində dünya çempionu olan futbolçu Buenos-Ayres təmsilçisi ilə 18 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, Otamendi kluba azad agent kimi qoşulacaq. Onun “Benfika” ilə müqaviləsi başa çatıb və futbolçu Lissabon klubundan pulsuz ayrılıb.
Müdafiəçi daha əvvəl İngiltərə Premyer Liqasında da çıxış edib və “Mançester Siti”nin formasını geyinib.