- Transfer
- 21:54 24.05.2026
“Vest Hem”in cinah hücumçusu Cerrod Bouen və yarımmüdafiəçisi Mateuş Fernandes İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsində sözügedən futbolçuların transferini nəzərdən keçirir. “Qırmızı şeytanlar” London klubunun mövsümün sonunda İngiltərə çempionatından düşməsi halında bu futbolçularla bağlı marağı gücləndirə bilər.
Mənbənin məlumatına görə, marağa baxmayaraq Bouen mankunianlıların əsas transfer hədəfi deyil. “Mançester Yunayted” daha çox Mateuş Fernandesin transferində israrlıdır.
Qeyd olunur ki, “Vest Hem” portuqaliyalı futbolçu üçün təxminən 50 milyon funt sterlinq (58 milyon avro) tələb edə bilər.