24 may 2026. Bazar günü

Niko Uilyams “Liverpul”un transfer hədəfində


  • Transfer
  • 21:50 24.05.2026
  • Oxunma sayı: 35
Niko Uilyams “Liverpul”un transfer hədəfində

İspaniya millisinin və Bilbao “Atletik”inin vingeri Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etməkdə “Liverpul” maraqlıdır. “Qırmızılar” heyətdə onu mövsümün sonunda komandadan ayrılacaq Məhəmməd Salahın əvəzi kimi görürlər. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.

2025/2026 mövsümündə Uilyams İspaniya çempionatında 25 oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun “Atletik”lə müqaviləsi 2035-ci ilin ortalarınadək qüvvədədir. Futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer