- Transfer
- 22:21 24.05.2026
İngiltərənin “Çelsi” klubu yaxın yay transfer pəncərəsində hücumçu Joao Pedronu satmağı planlaşdırmır.
90deqiqe.Az-ın məlumatına görə, “Barselona” braziliyalı futbolçu ilə ciddi şəkildə maraqlanır və katalon klubu artıq transferlə bağlı ilkin danışıqlar aparıb. Lakin London təmsilçisi oyunçunu satmaq niyyətində deyil. Hətta rekord məbləğdə təklif belə “Çelsi”nin qərarını dəyişməyəcək.
Braziliyalı hücumçu 2025-ci ilin iyulunda “Brayton”dan “Çelsi”yə transfer olunub. Onun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
2025/2026 mövsümündə Pedro bütün turnirlərdə 50 oyuna çıxaraq 20 qol vurub və 9 məhsuldar ötürmə edib.