9 iyul 2026. Cümə axşamı

“Barselona” Kiveri Bastoniyə alternativ kimi nəzərdən keçirir


  • Transfer
  • 22:21 24.05.2026
  • Oxunma sayı: 95
“Barselona” Kiveri Bastoniyə alternativ kimi nəzərdən keçirir

“Portu”nun mərkəz müdafiəçisi Yakub Kiver karyerasını “Barselona”da davan etdirə bilər.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Polşa millisinin üzvünün transferini nəzərdən keçirir.

Lakin hazırda tərəflər arasında transferlə bağlı danışıqlar aparılmır. 

İspaniya nəhəngi polşalı futbolçunu “İnter”in müdafiəçisi Alessandro Bastoniyə nisbətən daha əlçatan alternativ kimi görür.

Kiver hazırda “Arsenal”dan məcburi satınalma şərti ilə “Portu”da icarə əsasında çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 39 oyuna çıxaraq 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına əsasən futbolçunun bazar dəyəri 27 milyon avrodur.







Transfer

Tçuameni "Real"dan ayrıla bilər
  • Transfer
  • 23:47 08.07.2026
Tçuameni "Real"dan ayrıla bilər