25 may 2026. Bazar ertəsi

Toral Bayramov karyerasını “Bursaspor”da davam etdirəcək - VİDEO


  • Transfer
  • 17:27 25.05.2026
  • Oxunma sayı: 7
Toral Bayramov karyerasını “Bursaspor”da davam etdirəcək - VİDEO

Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerasını "Bursaspor"da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Qarabağ" rəsmi məlumat yayıb. Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un futbolçunun transferində ciddi maraq göstərməsi, həmçinin Toral Bayramovun legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi keçidin gerçəkləşməsində əsas rol oynayıb.

Ağdam təmsilçisi 25 yaşlı müdafiəçinin transferi ilə bağlı qarşı tərəfin təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda meydana çıxaraq 37 qol vurub. O, klubla birlikdə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Müdafiəçi Azərbaycan millisində keçirdiyi 40 qarşılaşmada 5 dəfə fərqlənib.

Qeyd edək ki, "Bursaspor" ötən mövsüm Türkiyə II Liqasını lider başa vuraraq I Liqaya vəsiqə qazanıb.







Transfer