- Transfer
- 23:34 25.05.2026
İtaliya A Seriyasında məşqçi dəyişiklikləri gündəmdədir.
90deqiqe.Az-ın məlumatına görə, “Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandadan ayrılaraq başqa bir A Seriya klubuna keçməyə hazırlaşır.
67 yaşlı mütəxəssis artıq “Atalanta” ilə müqavilə şərtlərində razılığa gəlib. Yaxın vaxtlarda bu müqavilənin rəsmi şəkildə imzalanacağı gözlənilir.
Sarri “Atalanta”nın baş məşqçi postunda Rafaele Palladini əvəz edəcək.
Qeyd edək ki, “Atalanta” bu mövsüm İtaliya çempionatını 7-ci pillədə başa vuraraq gələn mövsüm Konfrans Liqasında mübarizə aparacaq.
“Latsio” isə A Seriyasını 9-cu yerdə tamamladığı üçün avrokuboklardan kənarda qalıb.