- Transfer
- 23:59 25.05.2026
Bu həftə “Barselona” klubu “Mançester Yunayted” ilə danışıqların yeni mərhələsini keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi hücumçu Markus Reşfordun transferi ilə bağlı razılığa gəlməyə çalışacaq.
“Barselona”nın “Mançester Yunayted” ilə danışıqlarda son təklifini edəcək. Reşford artıq şəxsi müqavilənin şərtlərini razılaşdırıb və klublar arasında yekun qərarı gözləyir.
Bununla belə, ingilis klubu katalonların futbolçunun transfer hüququnu 30 milyon avro qarşılığında aktivləşdirməsini tələb etməyə davam edir.
“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford ümumilikdə 49 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə verib.