- Transfer
- 23:59 25.05.2026
“Milan” klubu baş məşqçi postu üçün əsas namizədlərdən biri olan Andoni İraola ilə əlaqə saxlayıb və ona əməkdaşlıq təklifi irəli sürüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sky Sports” məlumat yayıb.
İtaliya təmsilçisində baş məşqçi vəzifəsi Massimiliano Alleqrinin istefasından sonra boş qalıb. İraola isə bu yay “Bornmut”dan ayrılacağını təsdiqlədikdən sonra bir sıra klubların maraq dairəsinə düşüb. Namizədlər arasında “Kristal Pelas” və “Bayer” də yer alır.
İraolanın rəhbərliyi altında “Bornmut” klubu 127 illik tarixində ilk dəfə Avropa turnirlərinə vəsiqə qazanıb və mövsümü son 18 oyunda məğlubiyyətsiz seriya ilə başa vurub.
“Milan”ın ardıcıl ikinci mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi klub rəhbərliyində ciddi dəyişikliklərə səbəb olub. Belə ki, “rossoneri” təkcə baş məşqçi deyil, həm də idman direktoru İqli Tare, baş direktor Corco Furlani və idman direktoru Cefri Moncada ilə də yollarını ayırıb.