26 may 2026. Çərşənbə axşamı

Fil Nevill “Portlend Timbers”dən ayrıldı


  • Transfer
  • 23:34 25.05.2026
  • Oxunma sayı: 41
Fil Nevill “Portlend Timbers”dən ayrıldı

İngiltərəli məşqçi Fil Nevill  ABŞ-nin MLS Liqasının klublarından “Portlend Timbers”i klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Nevill 2023-cü ilin noyabrında komandaya qoşulmuşdu. Onun rəhbərliyi altında “Portlend” 2,5 mövsüm ərzində 27 qələbə qazanıb, 31 dəfə məğlub olub və 24 oyunda heç-heçə edib. Hazırda komanda Qərb Konfransında 13-cü yerdə qərarlaşıb ki, bu da klub rəhbərliyini qane etməyib.

Nevill daha əvvəl komandanı iki dəfə pley-off mərhələsinə çıxarıb, 2024-cü ildə isə “Portlend” klub tarixində bir mövsümdə vurulan qollar üzrə rekord müəyyənləşdirib.

Futbolçu kimi Fil Nevill “Mançester Yunayted” və “Everton”da çıxış edib, həmçinin İngiltərə milli komandası ilə üç Avropa çempionatında iştirak edib. Məşqçilik karyerası dövründə isə “Mançester Yunayted”, “Valensiya” və Kanada milli komandasının heyətində çalışıb, İngiltərə qadın milli komandası və “İnter Mayami”nin baş məşqçisi olub.







Transfer