- Transfer
- 23:59 25.05.2026
“Bornmut” hücumçusu Eli Junior Krupi “Arsenal” klubunun maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
19 yaşlı futbolçu “Loriyan”dan 13 milyon avro qarşılığında “Bornmut”a transfer olunduqdan sonra parlaq mövsüm keçirib və hazırda klub tərəfindən dəyəri bir neçə dəfə artmış oyunçu kimi qiymətləndirilir.
Buna baxmayaraq, “Arsenal”ın marağına rəğmən, fransalı futbolçu bütün diqqətini “Bornmut”a yönəltdiyini və komanda ilə gələn mövsüm Avropa turnirlərində çıxış etməyi hədəflədiyini bildirib.
Qeyd edək ki, məhz Krupi “Mançester Siti”nin qapısına qol vuraraq “Arsenal”ın çempionluğunu erkən təmin etməsinə şərait yaradıb. Bu səbəbdən “Arsenal” futbolçuları sosial şəbəkələrdə ona təşəkkür mesajları ünvanlayıblar.
Krupi ötən Premyer Liqa mövsümündə 13 qolla yadda qalıb və bu göstərici 20 yaşadək debütantlar arasında rekord sayılıb. Ondan əvvəl rekord “Liverpul”dan Robbi Fauler və “Koventri”dən Robbi Kinə məxsus olub — hər ikisi 12 qol vurmuşdu.