26 may 2026. Çərşənbə axşamı

Ansu Fati gələcəyi ilə bağlı qərar ərəfəsində


  • Transfer
  • 23:55 25.05.2026
  • Oxunma sayı: 40
Ansu Fati gələcəyi ilə bağlı qərar ərəfəsində

“Barselona”nın hücumçusu Ansu Fati yaxın həftələrdə gələcəyi ilə bağlı yekun qərar verməlidir.  

90deqiqe.Az xəbər verir ki, ilk addım “Monako”ya məxsusdur – klub 11 milyon avro qarşılığında futbolçunun transfer hüququnu aktivləşdirib-aktivləşdirməyəcəyinə qərar verməlidir. Bu barədə “Barca Universal” məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı futbolçu bu prosesdə mühüm rol oynayacaq. Liqa 1-də 12 qol vuran “Barselona” akademiyasının yetirməsi bir neçə cəlbedici təklif gözləyir.

Fatinin şəxsi arzusu “Barselona”ya qayıtmaqdır, lakin görünən odur ki, o, Hansi Flikin planlarına daxil deyil. Bir neçə gün əvvəl futbolçunun xidmətində “Sevilya”nın ciddi maraq göstərdiyi də məlum olub.

Bununla yanaşı, klubun gələcəyi də qeyri-müəyyəndir. Serxio Ramos (Fatini komandanın əsas ulduzu kimi görən şəxs) və onun “Five Eleven Capital” qrupu klubun satınalınmasının tamamlanması üçün maliyyə zəmanətləri təqdim etməlidir.

Qeyd edək ki, futbolçu icarə əsasında “Monako”da keçirdiyi mövsümdə nisbətən uğurlu çıxışı ilə yadda qalıb.







Transfer