- Transfer
- 23:59 25.05.2026
"Real Madrid"in baş məşqçisi təyin olunmağa yaxın olan portuqaliyalı məşqçi Joze Mourinyo braziliyalı hücumçu Endrikin gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O təcrübəli çalışdırıcının hücumçu ilə əməkdaşlıqda perspektiv gördüyünü və onu növbəti mövsüm üçün komandada saxlamaq qərarına gəldiyini qeyd edib.
Ötən mövsümdə 19 yaşlı braziliyalı futbolçu icarə əsasında Fransa “Lion”unda çıxış edib. Hücumçu mövsüm ərzində 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Endrikin transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.