26 may 2026. Çərşənbə axşamı

“Roma” niderlandlı hücumçunun transfer hüquqlarını tam aldı


  • Transfer
  • 22:30 26.05.2026
  • Oxunma sayı: 43
“Roma” niderlandlı hücumçunun transfer hüquqlarını tam aldı

“Roma” klubu hücumçu Doniel Mallenin transfer hüquqlarını tam olaraq satın alıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2030-cu ilin ortalarınadək nəzərdə tutulan müqaviləyə imza atıb.

“Aston Villa”dan niderlandlının transfer hüquqlarının alınması “Roma”ya 25 milyon avroya başa gəlib.

Doniel Mallen 2026-cı ilin yanvarında icarə əsasında “Roma”ya qoşulmuşdu. Hücumçu “canavarlar”ın heyətində 20 oyuna çıxaraq 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Roma” İtaliya A seriyasını üçüncü pillədə başa vuraraq 2026/2027 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.







Transfer