26 may 2026. Çərşənbə axşamı

Spaletti Salahın "Yuventus"a transferində israrlıdır


  • Transfer
  • 22:35 26.05.2026
  • Oxunma sayı: 21
Spaletti Salahın "Yuventus"a transferində israrlıdır

“Liverpul”un hücumçusu Məhəmməd Salah yenidən İtaliya A seriyasına qayıda bilər.

90deqiqe.Az xəbər verir ki,  bu barədə “La Repubblica” məlumat yayıb.

Bildirilir ki, misirli futbolçunun transferində “Yuventus” maraqlıdır. Turin klubunun baş məşqçisi Luchano Spaletti hücumçunu yenilənən komandanın əsas ulduzuna çevirməyi planlaşdırır.

Qeyd edək ki, Salah əvvəllər də Spalettinin rəhbərliyi altında “Roma”da 2016–2017-ci illərdə çıxış edib. Bundan əlavə, onun “Fiorentina” və “Roma” təcrübəsi səbəbindən İtaliya futboluna uyğunlaşma problemi yaşamayacağı düşünülür.

Məhəmməd Salah 1 iyul tarixində “Liverpul”dan ayrılacaq. O, 2017-ci ildən bəri “qırmızılar”ın heyətində çıxış edirdi.







Transfer