26 may 2026. Çərşənbə axşamı

“Roma” ispaniyalı futbolçu ilə müqaviləni uzadıb


  • Transfer
  • 22:39 26.05.2026
  • Oxunma sayı: 21
“Roma” ispaniyalı futbolçu ilə müqaviləni uzadıb

“Roma” klubu müdafiəçisi Mario Hermoso ilə müqaviləni uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu daha bir mövsüm – 2027-ci ilin ortalarınadək nəzərdə tutulan yeni müqaviləyə imza atıb.

Başa çatan mövsümdə Hermoso “Roma”nın heyətində 35 oyunda iştirak edib. Müdafiəçi 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Roma” gələn mövsüm İtaliyanı Çempionlar Liqasında təmsil edəcək. Can Piero Qasperini rəhbərlik etdiyi komanda A seriyasını üçüncü pillədə başa vurub.

Həmçinin vurğulanır ki, nüfuzlu “Transfermarkt” portalı Hermosonun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.







Transfer