26 may 2026. Çərşənbə axşamı

“Mançester Siti” Anderson uğrunda yarışda öndədir


  • Transfer
  • 22:43 26.05.2026
  • Oxunma sayı: 22
“Mançester Siti” Anderson uğrunda yarışda öndədir

“Mançester Siti” “Mançester Yunayted”lə “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson uğrunda transfer yarışında öndədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilir ki, danışıqlar uğurla irəliləyir və futbolçunun özü də karyerasını “şəhərlilər”in heyətində davam etdirməyə müsbət yanaşır.

“Mançester Yunayted” rəhbərliyi isə futbolçu üçün artıq qiymət ödəmək və uzunmüddətli danışıqlara girmək istəmir.

23 yaşlı mərkəz yarımmüdafiəçisi “Transfermarkt” portalı tərəfindən 60 milyon avro dəyərində qiymətləndirilir.

Geridə qalan mövsümdə Anderson bütün turnirlərdə 50 rəsmi oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.







Transfer