26 may 2026. Çərşənbə axşamı

Kasado “Atletiko”nun hədəfində


  • Transfer
  • 22:49 26.05.2026
  • Oxunma sayı: 30
Kasado “Atletiko”nun hədəfində

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

Bildirilir ki, futbolçunun transferində Madrid “Atletiko”su maraqlıdır. “Matrasniklər”in prezidenti Enrike Sereso bir neçə həftə əvvəl “Barselona” rəhbəri Joan Laportaya zəng edərək Kasadonun vəziyyəti ilə maraqlanıb.

Bununla belə, futbolçunun özü “Barselona”da qalmaq istəyir və qərar vermək üçün vaxt istəyir.

Kasado “Barselona” akademiyasının yetirməsidir. Onun klubla müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.

2025/26 mövsümündə yarımmüdafiəçi “Barselona”nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer