- Transfer
- 23:28 26.05.2026
İtaliyalı baş məşqçi Enzo Mareska “Mançester Siti” ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, yeni baş məşqçinin təyinatı ilə bağlı rəsmi açıqlamanın yaxın zamanda veriləcəyi gözlənilir.
46 yaşlı mütəxəssisin klubla imzaladığı müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq. “Siti” rəhbərliyi Mareskaya komandanın transfer strategiyasının formalaşdırılmasında tam səlahiyyət verib.
Enzo Mareska bu ilin yanvarında “Çelsi”dən ayrıldıqdan sonra azad agent statusunda idi. Onun “Mançester Siti”də əvvəlki iş təcrübəsi də var – o, 2022–2023-cü illərdə Xosep Qvardiolanın məşqçilər heyətində çalışıb, həmçinin klubun gənclər komandaları ilə işləyib.
Qeyd edək ki, 2026-cı il mayın 22-də “Mançester Siti”nin rəsmi saytı Xosep Qvardiolanın 2025/2026 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayıb. Onun müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.