- Transfer
- 23:28 26.05.2026
“Barselona” “Atletiko Mineyro”nun cinah hücumçusu Qabriel Veneno ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
16 yaşlı futbolçu “yeni Neymar” adlandırılır. Bildirilir ki, “Atletiko Mineyro” oyunçu üçün 20 milyon avro tələb edir.
Qeyd olunur ki, Veneno “Barselona”ya transfer olunsa belə, 18 yaşına çatana qədər klubda çıxış edə bilməyəcək. Yetkinlik yaşına çatdıqdan sonra isə o, “blauqrana”nın gənclər komandasında qeydiyyatdan keçə biləcək.
Hazırda 16 yaşlı hücumçu “Atletiko Mineyro”nun U-17 komandasında çıxış edir və cari mövsümdə 4 oyuna çıxıb.