28 may 2026. Cümə axşamı

Bundesliqa klubu Qlasnerlə danışıqlara başlayıb


  • Transfer
  • 12:25 28.05.2026
  • Oxunma sayı: 32
Bundesliqa klubu Qlasnerlə danışıqlara başlayıb

Avstriyalı mütəxəssis Oliver Qlasner “Kristal Pelas”dan ayrıldıqdan sonra Almaniya Bundesliqasında iş tapa bilər.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O “Bayer” rəhbərliyinin mümkün əməkdaşlıqla bağlı məşqçi ilə danışıqlara başladığını qeyd edib.

Ötən mövsümdə Leverkuzen təmsilçisi turnir cədvəlində 6-cı yeri tutub, 59 xal toplayaraq Avropa Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, Qlasner bir neçə gün əvvəl “Kristal Pelas”la Konfrans Liqasının qalibi olub. Final matçında “qartallar” İspaniya klubu “Rayo Valyekano”nu minimal hesabla (1:0) məğlub edib.







Transfer