28 may 2026. Cümə axşamı

Ederson “Mançester Yunayted”ə transferə hazırlaşır


  • Transfer
  • 12:32 28.05.2026
  • Oxunma sayı: 38
Ederson “Mançester Yunayted”ə transferə hazırlaşır

“Atalanta”nın mərkəz yarımmüdafiəçisi Ederson Loranço “Mançester Yunayted”ə keçid ərəfəsindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Bergamo TV” məlumat yayıb.

Hazırda 26 yaşlı futbolçu Braziliyada ailəsi ilə vaxt keçirir. Lakin o, transferin rəsmiləşməsi üçün gözləmə mövqeyindədir və razılaşma tamamlanan kimi dərhal Mançesterə yola düşməyə hazırdır.

Braziliyalı futbolçunun transferinin təxminən 40 milyon avro civarında olacağı gözlənilir.

Ötən mövsümdə Ederson bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer